26 C
Baku
Saturday, July 27, 2024

Xəsis iki dəfə xərcə düşür

Nədə qənaət etmək olmaz

Pul bizim həyatımızda çox vacib rol oynayır. Bu rol o qədər böyükdür ki, biz hərdən unuduruq ki, bu həyatda heç də hər şeyi pulla almaq olmaz. 
Bizə uşaqlıqdan qənaətcil olmağı öyrətməyə çalışırlar və biz öz valideynlərimiz yaxşı şagirdləri kimi, nədə mümkünsə onda da qənaət etməyə can atırıq, bəzə isə verdiyimiz qərarların nə qədər məqsədəmüvafiq olduğunun fərqinə varmırıq.

Axı elə şeylər vardır ki, bu gün onda qənaət etməklə, sabah çoxlu sayda daha ciddi problemlər və pul məsrəfləri ilə üzləşə bilərik.
Gəlin qənaət edəndə də, onu ağılla edək! Qənaət etməli olmadığınız 7 amili nəzərinizə təqdim edirik:

1. Stomatoloq

Heç kəsə sirr deyil ki, gözəl və sağlam dişlər –insan rifahının və özünə əminliyini təşkil edən ən vacib elementlərdən biridir, insanın gözəl əhval ruhiyyədə olması bu amildən olduqca asılı olur.

Siz gərək öz diş həkiminiz ilə dostluq edə və ildə iki dəfədən az olmamaq şərti ilə ona baş çəkəsiniz. Yalnız bu yolla siz öz özünüzü həm kariyesdən, həm də onun daha ağlamalı fəsadlarından qoruya bilərsiniz. Bizlərdən çoxu stomatoloqa müraciət etməyi daha yaxşı vaxtlara təxirə salır. “Əgər siz yarım il əvvəl müraciət etsəydiniz bu situasiya düşməzdiniz, onda bizim işimiz də daha rahat olardı”-həkimdən bu sözləri eşitmək və vəziyyətin çıxılmaz həddə gəlib çıxmasını istəmirsinizsə yaxşı vaxtların yetişəcəyini gözləməyin. Bəlkə onda problemi balaca, çox da bahalı olmayan plomb ilə həll etmək olardı.

2. Sığorta 

Sığorta məsələsində xəsislik etmək, belə güman edirəm ki, pula qənaət etməyin ən axmaq üsullarından biridir. Sizin əsəbləriniz, mənəvi sakitliyiniz və daxili rahatlığınız bundan daha çox pula dəyər. Sığortanın hansı riski qarşıladığını nəzərə alsaq, ödədiyimiz məbləğ elə də çox deyil.

3. Şübhəli məhsullar

Endirimlər, açıq satışlar və yarmarkalar –müasir sənaye dünyası adətən bizi məhz belə üsullar ilə öz toruna salır. Amma biri var ötən mövsümün köynəyini alsan, bir də var vaxtı keçmiş qida və ya digər məhsullar. Əgər endirimdə olan məhsullar sizə şübhəli görünürsə, yaxşı olar ki, onları almaqdan çəkinəsiniz.

4. Geyim və ayaqqabı

Ayaqqabı və geyimdə qənaət etməyi də ağılla həyata keçirmək lazımdır. Əlbəttə ki, brend, marka və ya gurultulu dizayner adına görə lazımolduğundan artıq pul ödəməyə dəyməz. Amma heç vaxt, ucuz və keyfiyyətsiz mallar səviyyəsində alış veriş etməyin, sadəcə ona görə ki, keyfiyyətsiz mal daha tez sıradan çıxır və bu sağlamlığa da ciddi ziyan yetirə bilər, mənşəyi və mənbəyi bilinməyən mallar almayın. Çünki bu sizə bir neçə qat baha otura bilər. Ucuz paltarlar, öz rəngini, formasını, görkəmini daha tez itirir və siz yenidən ona pul sərf etməli olursunuz.

5. Təmir işləri

Əgər sizin kran və ya pəncərə ilə bağlı probleminiz meydana çıxıbsa, boruları dəyişmək və ya evə plitka qoymaq lazımdırsa, sizin iki çıxış yolunuz var: siz təmir işlərini ya özünüz görməli, yada bundan ötrü pulla adam tutmalısınız. Təmiri yalnız o halda özünüz edin ki, bunu keyfiyyətlə və düzgün edə biləcəyinizə əminsiniz. Eyni zamanda kömək üçün müraciət edəndə də tədbirli davranmaq lazımdır. Hər hansı bir ustaya müraciətdən qabaq onun iş təcrübəsi, gördüyü işin keyfiyyəti ilə maraqlanın, onun haqqında deyilən rəylərin müsbət və ya mənfi olmasını araşdırın, hər qabağınıza çıxan adama evinizin rahatlığını etibar etməyin.

6. İstirahət və sağlam yuxu

Bəzən biz üzərimizə əlavə yük götürərək, mümkün qədər çox pul qazanmağa çalışırıq. Işdən sonra ləngiyir, gecəyə qalır, istirahət günləri də çalışırıq. Ailəmiz ilə az vaxt keçirir, yuxumuzu yaxşıca almırıq. Belə halda iş qabiliyyətinin aşağı düşməsinə, yaddaşın və konsentrasiyanın pisləşməsinə təəccüblənmək lazım deyil. Biz getdikdə daha az iş görə bilirik və ona görə də işə sərf etdiyimiz vaxtı daha da artır. Bu çıxışı olmayan qapalı bir dairəyə bənzəyir.

Belə halda özünüzə stop deyin. Istirahət götürüb bir neçə günlük harasa gedin, ya da ən azında doyunca yatın. Sağlamlıqda qənaət etmək olmaz.

7. Təhsil, inkişaf, təkmilləşmə və ixtisas artırma

Siz çoxdandır maraqlı bir kitab almaq, xarici dil kursuna getmək, universitetə daxil olmaq və ya hər hansı bir təkmilləşmə kursu keçmək istəyirsiniz,amma pulunuza heyfiniz gəlir. Qənaət etməyin! Təhsil –elə bir sahədir ki, ona edilən investisiya öz pulunu kifayət qədər tez çıxardır. Bu sizə daha yüksək vəzifə, yeni bir iş yerinə dəvət, daha çox bacarıq və səriştə əldə etmək imkanları verir. Bütün bunlar bizə öz gəlirlərimizi stabil şəkildə artırmaq imkanı verir.

Son xəbərlər
Digər xəbərlər