26 C
Baku
Friday, April 19, 2024

Xəzinədar–Gəncə filialı – DəmirBank ASC

“DəmirBank” ASC  Gəncə filialı üzrə Xəzinədar vəzifəsinə işəqəbul elan edir.

Vəzifə öhdəlikləri:

 İş gününün əvvəlində kassanı təhvil alaraq açır, nəğd pul vəsaitlərini və digər qiymətlilərin mövcudluğunu sayaraq yoxlayır;
 İnkassatorların gətirdikləri pulları və  qiymətliləri qəbul edir;
 Bank günü ərzində kassaya daxil olan nağd pulları elan blankı ilə qəbul edir, pulların həqiqiliyini, dövriyəyə yararlığını yoxlayır;
 Kassadan məxaric sənədi (pul çeki, kassa məxaric orderi) ilə nağd pul verərkən məxaric sənədlərindəki bankın məsul şəxslərinin imzalarının həqiqiliyini imza nümunələri albomu ilə tutuşduraraq yoxlayır;
 Girov götürülmüş qızıl və zinət əşyalarını saxlanca qəbul edir və uçotunu aparır;
 Bankomatın inkassasiya olunması üçün kassetlərə qoyulan kupyurları seçib ayırır, bankomatdan çıxan yararsız pulları Bankın Pul anbarına və yaxud, MB Ərazi idarəsinə təhvil vermək üçün hazırlayır və təhvil verir;
 Pul çeki ilə MB Ərazi Idarəsindən filialın sifariş etdiyi nağd pulları alıb, kassaya mədaxil edir;
 Kassa limitindən çox olan qalıq məbləğini Bankın Pul anbarına və yaxud, MB Ərazi idarəsinə təhvil vermək üçün hazırlayır və təhvil verir.

Namizədə qarşı tələblər:

 Ali təhsilli olmaq (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
 Riyazı biliklərə sahib olmalı;
 Müvafiq sahədə minimum 1 illik iş təcrübəsi olmalı;
 Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
 Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 avqust 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xəzinədar–Gəncə filialı” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər