6 C
Baku
Saturday, December 14, 2024

Xəstəxanaların saxlanılmasına 138,8 mln. manat xərclənib

Ötən il dövlət büdcəsindən xəstəxanaların saxlanılmasına 138,8 milyon manat xərclənib.

Banker.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.

Hesabatda qeyd edilib ki, funksional təsnifata uyğun olaraq (dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait istisna olmaqla) səhiyyə xərcləri (cari) üzrə istifadə olunmuş vəsaitin 1236,7 milyon manatı və ya 89,7 faizi səhiyyə sahəsində digər xidmətlərə (ölkə ərazisində qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması, icbari tibbi sığorta tətbiq olunmayan inzibati ərazi vahidləri üzrə səhiyyə müəssisələrinin saxlanılması və dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan başqa əlavə gördükləri iş və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirləri hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri), 138,8 milyon manatı və ya 10,1 faizi xəstəxanaların saxlanılmasına (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində olan müəssisələri istisna olmaqla), 3 milyon manatı və ya 0,2 faizi poliklinikaların, ambulatoriyaların saxlanılmasına və səhiyyə sahəsində tətbiqi tədqiqatlar üzrə xərclərə (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində olan tibb müəssisələri istisna olmaqla) yönəldilib.

Son xəbərlər
Digər xəbərlər