9 C
Baku
Friday, December 13, 2024

Xəzərin sahilində yeni çimərliklər salınacaq

Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində yeni çimərliklər salınacaq.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində yeni çimərliklər salınması üçün müvafiq sahilboyu ərazilərin aidiyyəti qurumlarla razılaşdırılaraq müəyyən edilməsi, model çimərlik layihələri əsasında çimərliklərin yaradılması ilə bağlı təkliflərin hazırlanması və sahibkarların bu barədə məlumatlandırılmasının təmin edilməsini təmin etməlidir.

Mədəniyyət və Turizm Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları 2017-2018-ci illərdə beynəlxalq təcrübə nəzərə alınmaqla, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu və çimərlik üçün müəyyən edilmiş yararlı ərazilərinin yaxınlığında müvafiq infrastruktur obyektlərinin inşasına, həmçinin aidiyyəti üzrə sahibkarların təklif etdiyi layihələrin dəstəklənməsinə dair təkliflərin hazırlanmasını təmin etməlidir. Fövqəladə Hallar Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına isə 2017-2020-ci illərdə çimərliklərin akvatoriyalarında, çimərliklərarası sahələrdə (ən azı 200 metrdən bir) su nəqliyyatının sərbəst hərəkəti üçün xüsusi zolaqların normalara uyğun olaraq yaradılması tapşırılıb.

Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları 2017-2018-ci illərdə çimərlik operatorlarının əhalinin ən azı 200 metrdən bir sahilə sərbəst çıxışını təmin etmələri ilə bağlı tədbirlər görməlidir. Yerli icra hakimiyyəti orqanları isə 2017-2020-ci illərdə çimərlik operatorlarının istifadəsində olan çimərlik sahələrinin dənizə çıxış yerlərində standartlara uyğun məlumatlandırma lövhələrinin quraşdırılması, həmin ərazinin yaxınlığında nəqliyyat vasitələri üçün pulsuz avtodayanacaqların salınması ilə bağlı tədbirlər görülməsini təmin etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər