10 C
Baku
Wednesday, December 11, 2024

“Xəzinədar” peşəsi nədir?

Xəzinədar – bank, yaxud hər hansı şirkətin maliyyə xəzinəsini idarə edir, pul, qiymətli kağızların qəbul və çıxışına nəzarət edir, plastik bank kartları və elektron pullarla işləyir. Xəzinədar peşəsi artıq çoxdandır ki, adi pul qəbulu və verilməsi sərhədlərindən uzaqlaşıb və bir çox hallarda mühasib, nəzarətçi və digər maliyyə mütəxəssisinin öhdəlikləri ilə qarışdırılır.

Məsələn, hazırda əməliyyatçı xəzinədar peşəsi mövcuddur ki, bu bank əməkdaşı pul əməliyyatlarını icra edir, müştərilərlə ünsiyyət qurur, hesablardakı dəyişikliklərə nəzarət edir və bankın məlumat bazası ilə işləyir.

 Peşənin tələbləri:

 Demək olar ki, hər bir təşkilat, şirkət və bank strukturlarının xəzinədarlara ehtiyacı var.

 Peşənin tarixi:

İlk xəzinədarlar dəftərxana işçiləri, vergiyığanlar və ilahiyyatçılar idi. Müasir xəzinədar peşəsi isə 19-cu əsrdə amerikalı Ritt qardaşlarının müasir kassa aparatının prototipini yaratdıqda peyda olmuşdu.

Xəzinədarın öhdəlikləri:

 1.Pul əməliyyatlarının həyata keçirilməsi;

2.Müştəridən pul qəbulu və müştəriyə pulun verilməsi;

3.Banknotların saxta olub-olmamasını yoxlamaq;

4.Plastik bank kartları ilə işləmək;

5.Mühasibat və pul vəsaitlərinə nəzarət;

6.Xəzinə hesabatının aparılması, hesabat sənədlərinin hazırlanması;

7. Pulların toplanması və inkassatora ötürürlməsi;

 Tələblər:

1.Kompüter bilikləri, 1C proqramı və ofis proqramları;

2.Kassa əməliyyatlarını bilmək;

3.Sənədlərin tərtib edilməsi və hesabat aparmağı bacarmaq;

4.İş təcrübəsi;

 Peşənin riskləri:

 Xəzinədarlar bir çox hallarda qarət riski ilə üz-üzədirlər. Bundan əlavə, bu peşə nümayəndələri ona etibar edilmiş pul vəsaitlərinin say və təhlükəsizliyinə dair böyük məsuliyyətə sahibdirlər.

Xəzinədarın əldə etdiyi əmək haqqı:

 Xəzinədarın əldə etdiyi əmək haqqı bir çox hallarda işlədiyi bank strukturu və yaxud şirkətdən asılı olaraq fərqlənir. Xəzinədarın əldə etdiyi orta statik əmək haqqı isə təqribən 300-400 manatdır.

Son xəbərlər
Digər xəbərlər