15 C
Baku
Monday, May 6, 2024

“X” sosial şəbəkəsi videozəng funksiyasını işə salır

“X” sosial şəbəkəsi videozəng funksiyasını işə salır, Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir. Funksiya inkişaf mərhələsindədir. Platformanın rəhbərliyinə görə, zəng etmək üçün telefon nömrənizi açıqlamağa ehtiyac qalmayacaq.

Platformanın sahibi İlon Mask deyir ki, “X” gələcəkdə kommunikasiya və maliyyə əməliyyatları üçün super proqrama çevriləcək. İyulun sonunda tərtibatçılar sosial şəbəkənin vakansiya yerləşdirmək funksiyasını işə saldığını elan ediblər.

Həmin ay platforma reklam gəlirlərini məşhur yaradıcılarla bölüşməyə başlayıb. Monetizasiya proqramında yalnız “Twitter Blue” abunəçiləri iştirak edə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər