9 C
Baku
Thursday, December 12, 2024
Home Biznes Texnologiya xəbərləri Xakerlər MasterCard istifadəçilərinə hücum edib

Xakerlər MasterCard istifadəçilərinə hücum edib

0
Xakerlər MasterCard istifadəçilərinə hücum edib

Antivirus proqram təminatı yaradıcısı ESET şirkətinin mütəxəssisləri MasterCard ödəniş sistemi istifadəçilərinin xaker hücumuna məruz qaldığı ilə bağlı məlumat yayıb.

ESET nümayəndələrinin sözlərinə görə, kibercinayətkarlar ödəniş sistemi adından MasterCard müştərilərinə məktub göndərir. Fırıldaqçılar müştəriyə ünvanladıqları məktubda qeyd edirlər ki, müştərinin hesabı blok olunub və fişinq sayta aparan keçidə daxil olmağı təklif edirlər. Qurban müştəri guya bu fişinq saytda öz məlumatlarını yenilədikdən sonra xidmətə girişi bərpa olunacaq.

Qeyd edilir ki, saxta saytda qurbanı bank kartının nömrəsi, etibarlılıq müddəti və CVV ilə birlikdə şəxsi və ödəniş məlumatlarının daxil edilməsini tələb edən anket gözləyir. Müştəri öz məlumatlarını daxil etdiyi halda bütün məlumatları könüllü şəkildə fırıldaqçılara ötürmüş olur.

Şirkət həmçinin qeyd edib ki, fişinq səhifə Meksika hökumətinə məxsus olan .gob.mx domenində yerləşdirilib. ESET nümayəndələri artıq Meksikanın Kompüter təhlükələrinin tənzimlənməsi mərkəzinə hadisə ilə bağlı məlumat verib.