22 C
Baku
Thursday, April 25, 2024

Xalq Bank III rübün yekunlarını elan etdi

®2021-ci ilin III rübünün yekunlarına əsasən ASC “Xalq” Bankın aktivləri 2 221.24 mln. manat təşkil edib. Bankın cəmi kapitalı ötən rüb ərzində 8.09 mln manat artaraq  444.90 mln. manata çatıb.

Bankın kredit portfeli ikinci rübün göstəricisi ilə müqayisədə 8,5 mln manat artımla 1 413.85 mln manata çatmışdır. Kredit portfelinin keyfiyyəti artmış, vaxtı keçmiş kreditlərin həcmində isə əhəmiyyətli azalma müşahidə edilmişdir, belə ki, Bank ötən bir il ərzində bu göstərici üzrə 57.06% azalmaya nail olmuşdur. Hesabat dövrünün yekununa müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi isə 1 426.13 mln manat təşkil edib. Bank III rüb ərzində xalis mənfəətini 8.4 mln artıraraq 14.2 mln. manata çatdırıb.

Xalq Bankın məhsul, xidmətləri və kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün Bankın sosial şəbəkələrdə rəsmi səhifələrinə, www.xalqbank.az saytına və yaxud 138 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər