27 C
Baku
Saturday, July 27, 2024

Xalq Bank Mastercard kartları üçün Google Pay™ xidmətini istifadəyə verdi

®Bu gündən etibarən Xalq Bankın Mastercard kartları üçün Android və xidməti dəstəkləyən WearOS cihazlarında Google Pay™ xidməti aktiv olacaq. Google Pay ödənişlərini həyata keçirmək üçün müştərilər kartlarını rəqəmsal pul kisəsində, Google Wallet™-də saxlaya biləcəklər. 

Google Pay kart sahiblərinə təmassız ödənişlərin qəbul edildiyi ticarət və xidmət obyektlərində, tətbiqlərdə və internet səhifələrində rahat, sürətli və təhlükəsiz ödənişlə alış-veriş etmək imkanı verən kartsız ödəniş üsuludur. Bu xidmətlə mağazalarda ödənişi həyata keçirmək üçün Android əməliyyat sistemini dəstəkləyən smartfonu cihaza yaxınlaşdırmaq kifayətdir.

Google Pay-i sazlamaq çox asandır. Bunun üçün XalqOnline mobil tətbiqi üzərindən, yaxud Android cihazınızdakı Google Play Store-dan Google Wallet-i yükləyərək oradakı təlimatlara əsasən Xalq Bank kartını xidmətə əlavə etmək kifayətdir.

Son xəbərlər
Digər xəbərlər