7 C
Baku
Thursday, December 12, 2024

Xalq Bank Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək oldu

®Xalq Bank Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə yardım məqsədilə 135,0 min manat ianə etmişdir. Vəsaitlər Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülmüşdür.

Qeyd etmək lazımdır ki, ötən həftə Xalq Bankın əməkdaşları da zəlzələ qurbanlarına dəstək məqsədilə şəxsi vəsaitləri hesabına toplanan 100.0 min ABŞ dolları məbləğini AFAD-ın hesabına köçürmüşdülər. Beləliklə də Xalq Bank tərəfindən qardaş ölkəyə ümumi olaraq 300.0 min manatdan çox məbləğdə vəsait ianə edilmişdir.

Xalq Bank müştəriləri də XalqOnline mobil tətbiqi üzərindən qardaş ölkəyə dəstək göstərərək AFAD-ın hesabına ianə edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər