Bu gün bəzi elektron mətbuat orqanları Siyəzən şəhərində bir qrup vətəndaşla hüquq mühafizə orqanları arasında baş vermiş insident zamanı Xalq Bankın Siyəzən filialının şüşələrinin qırıldığı, filiala ziyan vurulduğu haqda məlumat yaymışdılar.
ASC Xalq Bankının Baş ofisi məlumatı təkzib edərək bildirir ki, məlumat həqiqəti əks etdirmir. Banka heç bir ziyan vurulmayıb və filial öz fəaliyyətini davam etdirir.