“Xalq Sığorta” 2026-cı ilin ikinci rübünü 4 mln. manat xalis mənfəət əldə edib

“Xalq Sığorta” ASC-nin 2026-cı ilin ilk yarısındakı xalis mənfəəti 4,3 milyon manat təşkil edib.

Banker.az xəbər verir ki, bu göstərici bir il əvvəlki müvafiq dövrlə müqayisədə 13% artıb. Halbuki, 2025-ci ilin eyni dövründə bu göstərici 3,9 milyon manat təşkil edib.

Hesabat dövründə şirkətin ümumi gəlirləri 18 milyon manat, ümumi xərcləri isə 13,3 milyon manat olub. Müqayisə üçün, 2025-ci ilin müvafiq dövründə gəlirlər 15,7 milyon manat, xərclər isə 11,8 milyon manat səviyyəsində qeydə alınıb.

Qeyri-həyat sığortası sahəsi üzrə hesablanmış sığorta haqlarının ümumi məbləği 13,6 milyon manat təşkil edib, bu göstərici 2025-ci ilin müvafiq dövründəki 14,3 milyon manatla müqayisədə azalıb. Azalmaya əsas səbəb “digər sığorta sinifləri” üzrə haqların 4,9 milyon manata (2025: 5,7 milyon manat) və tibbi sığorta üzrə haqların 3,3 milyon manata (2025: 3,5 milyon manat) düşməsi olub. Sığorta ödəmişləri isə 5,1 milyon manat təşkil edib (2025: 4,7 milyon manat). Zərərlilik dərəcəsi tibbi sığorta üzrə 115,8% (2025: 116,6%), avtonəqliyyat vasitələrinin sığortası üzrə 81,7% (2025: 75,2%), əmlakın yanğından və digər risklərdən sığortası üzrə isə 49,3% (2025: 49,6%) səviyyəsində qeydə alınıb.

İnvestisiya portfelinin ümumi həcmi 63 milyon manat təşkil edib, bu göstərici 2025-ci ilin müvafiq dövründəki 57,9 milyon manatla müqayisədə artıb. Investisiya portfelindən əldə olunan xalis gəlir 4,6 milyon manat olub, halbuki 2025-ci ilin eyni dövründə bu göstərici 1,2 milyon manat təşkil edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər