2 C
Baku
Saturday, December 14, 2024

“Xalq Sığorta” səhmlərini bahalaşdırıb

“Xalq Sığorta” ASC nizamnamə kapitalını 3,3% və yaxud 1 478 000 manat artıraraq 46 187 500 manata çatdırıb.

Kapital artımı şirkətin dövriyyədə olan 7,39 mln. ədəd səhminin nominal dəyərinin 6,05 manatdan 6,25 manata çatdırılması hesabına həyata keçirilib.

Bunun üçün 2017-ci ildə əldə edilmiş xalis mənfəətdən istifadə olunub.

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.


©Report

MənbəReport
Son xəbərlər
Digər xəbərlər