8 C
Baku
Thursday, March 28, 2024

“Xalq Sığorta”nın gəlirlərinin kəskin azalması I rübü zərərlə bitirməsinə səbəb olub

“Xalq Sığorta” ASC-nin gəlirləri azalmaqla xərclərini qarşılaya bilməyib.

Banker.az xəbər verir ki, bu barədə Sığorta Şirkətinin ilin ilk rübü üçün açıqladığı maliyyə hesabatında deyilir.

Hesabat dövrü ərzində qurumun cəmi gəlirləri 1,27 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,85 dəfə azalması deməkdir. Lakin, bir məqamı da qeyd edək ki, ötən il xalis sığorta ehtiyatlarının müsbətə dəyişməsi hesabına da artımışdı.

Sığorta şirkətinin xərcləri də ötən ilin analoji dövrü ilə müqayisədə azalaraq 1,82 mln. manata düşüb. Buna baxmayaraq yuxarıda qeyd edilən gəlirlərin kəskin azalması “Xalq Sığorta”nı I rübü 547 min manata yaxın zərərlə bitirməsinə səbəb olub.

Balansı

Uzun müddətli akitvləri artaraq 12,65 mln. manat olsa da, qısa müddətli aktivləri azalaraq 39,92 mln. manata azalıb. Bu da öz növbəsində cəmi aktivlərin azalmasına təsir edə bilib. Hazırda cəmi aktivləri 52,57 mln. manat təşkil edir.

“Xalq Sığorta”nın cəmi kapitalı hazırda 45,67 mln. manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər