-1 C
Baku
Saturday, December 14, 2024

“Xalq Sığorta”nın mənfəəti 2 dəfəyə yaxın azalıb

“Xalq Sığorta” ASC 2021-ci ili 5 milyon 29 min manat mənfəətlə başa vurub. Şirkətin 2020-ci ildə mənfəəti 8 milyon 61 min manat etmişdir ki, bu da illik müqayisədə 1.6 dəfə azalma deməkdir.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ AZALIB, XƏRCLƏRİ ARTIB

Ötən il “Xalq Sığorta”nın gəlirləri 38 milyon 29 min manat (əvvəlki ilə nisbətən 1% az), xərcləri isə 33 milyon manat (9% çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Xalq Sığorta”nın aktivləri 80 milyon 343 min manat olub ki, bu da illik müqayisədə 6.5% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 0.6% azalaraq 26 milyon 125 min manata düşüb, balans kapitalı isə 10.2% artaraq 54 milyon 218 min manata çatıb.

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58.75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33.85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37.5%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər