22 C
Baku
Friday, May 24, 2024

“Xalq Sığorta”nın rəhbərliyində təyinat olub

“Xalq Sığorta” ASC-nin Direktorlar Şurasına yeni üzv seçilib.

Banker.az xəbər verir ki, bu, Günel Haqverdiyeva Oqtay qızıdır.

Qeyd edək ki, Direktorlar Şurasının üzvlərinin sayı 2023-cü ilin oktyabrından azalmışdı. Belə ki, DŞ-nin üzvü Raman Kurbanau şirkətdən ayrılmışdı.

Bununla da, Direktorlar Şurasını bir sədr Asim Məmmədli və digər müstəqil üzv isə Ruslan Seyidovdur.

Xatırladaq ki, “Xalq Sığorta” şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 32.52 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 4.4 manat olan 7.39 mln. səhm əsasında formalaşıb. Səhmlərin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə məxsusdur.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər