27 C
Baku
Monday, June 17, 2024

“Xalq Sığorta”nın yığımları 1.3 milyon manat azalıb

“Xalq Sığorta” ASC-nin 2024-cü ilin yanvar-aprel ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma tendensiyası davam edib.

Şirkət yanvar-aprel ayında 7,563 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü  ilin eyni ayı ilə müqayisədə 1.302 mln. manat və ya 15% azalma deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 8,865 mln.manat təşkil edirdi.

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58 750 500 manatdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər