6 C
Baku
Saturday, December 14, 2024

XalqKartla Novruz bayramında 9% və 10% keşbek!

®Xalq Bank Novruz bayramı günlərində XalqKart sahibləri üçün bol qazanclı kampaniyaya start verir.

18–26 mart tarixlərdə XalqKart sahibləri 4 kateqoriya üzrə alış-verişlərdə bayrama özəl əlavə 7 % keşbek əldə edəcəklər. Beləliklə, kampaniya ərzində XalqKart Petrol kartı bütün kafe və restoran, geyim və aksesuar, şirniyyat mağazalarında, eləcə də hotel və turizm xidmətləri üzrə nağdsız ödənişlərdən cəmi 10 %, XalqKart Cashback kartı isə 9% qazandıracaq. 

Xatırladaq ki, XalqKart Petrol ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər.  XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda AZN qalığına illik 8 % əlavə gəlir, ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə və aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma imkanları mövcuddur. Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek qazana bilər.

XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/ səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər