®Ölkədə fərdi və korporativ müştərilərə vahid platforma çərçivəsində xidmət göstərən ilk mobil bank sistemini uğurla istifadəyə verən Xalq Bank XalqOnline mobil tətbiqini artıq İOS əməliyyat sistemi ilə işləyən cihazlar üçün təqdim edir. Tətbiqi İOS üçün pulsuz buradan yükləmək mümkündür: https://apple.co/3myf1cf (Android üçün: https://bit.ly/39MSsuw). Mobil tətbiq Banka getmədən həm fərdi, həm korporativ hesabları smartfondan idarə etmək – hesablara onlayn nəzarət etmək və müxtəlif bank əməliyyatları icra etmək imkanı verir.
Geniş ayarlar və filtrlər vasitəsilə idarə edilən, olduqca çevik istifadəçi profili, dark mode rejimli nəfis və müasir dizaynda hazırlanmış XalqOnline tətbiqi istifadədə olduqca rahat və sadədir. Bankın müştəriləri tətbiq vasitəsilə kommunal/rabitə ödənişlərini həyata keçirmək, ödəniş şablonları yaratmaqla kart və ölkədaxili, eləcə də xarici hesablara köçürmələrlə yanaşı valyuta alqı-satqısı əqdləri, hesablar, kredit və əmanətlər haqqında ətraflı məlumat və çıxarışlar əldə etmək, həmçinin əməliyyatların qrafik dinamikasını izləmək imkanına malikdirlər. İstifadəçilər ödənişlərini XalqOnline mobil tətbiqində yaradılan şablonlar vasitəsilə və avtomatik rejimdə dövri olaraq həyata keçirmək imkanı ilə yanaşı, daha güzəştli tariflər əldə edirlər. Tətbiqdə, həmçinin Xalq Bankın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, valyuta məzənnələrini izləmək, valyuta kalkulyatorundan istifadə etmək də mümkündür.
Mobil tətbiq XalqOnline sisteminin ana internet platformasının bütün xüsusiyyətlərini – geniş funksional, yüksək sürət, çevik əməliyyatlar, əlverişli şərtlər, istifadədə rahat, sadə anlaşılan interfeys və digər üstünlükləri dəstəkləyir.
Ətraflı məlumat üçün Bankın Məlumat Mərkəzinə 138 nömrəsi ilə və yaxud www.xalqonline.az / www.xalqbank.az saytlarına müraciət edin.