19 C
Baku
Monday, April 29, 2024

Xamenei: “Dünyada böyük və köklü dəyişikliklər baş verir”

“Biz tarixin mərkəzindəyik, dünyada böyük və köklü dəyişikliklər baş verir”.

Banker.az Tehranın İRNA xəbər agentliyinə istinadən xəbər verir ki, bunu İranın Ali rəhbəri Seyid Əli Xamenei Əhli-Beyt Məddahları ilə görüşündə deyib.

İranda baş verən son hadisələrə diqqət çəkən Xameneinin sözlərinə görə, son hadisələrdəki plan sosial plan idi, yəni onlar bir gücün ölkəni korlamaq və məhv etmək üçün istifadə edə biləcəyi bütün dominant amillərdən istifadə edilmişdi: “Düşmənin planı qüsurlu deyildi, amma düzgün hesablama apara bilməmişdi”.

Xamenei qeyd edib ki, hadisələrdə iqtisadi faktorun da rolu olub: “Təbii ki, ölkənin iqtisadi vəziyyəti yaxşı deyildi, problem xalqın güzəranı idi, düşmən də bundan istifadə edə bildi”.

“Təhlükəsizlik faktoru, nüfuz, hər tərəfdən casus qrupları, dünyadakı İran fobiyası qarışıqlığı bir neçə ay əvvəl başlamışdı. Bütün bunlardan istifadə etdilər. Kütləvi informasiya vasitələri, televiziyalar, peyklər, virtual dünya və internet – düşmən bütün bu faktorları hazırlamışdı” – deyə, Xamenei əlavə edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər