-1 C
Baku
Sunday, December 15, 2024

Xankəndidə qalan mülki əhali zirzəmidə yaşayır

İşğal edilən Dağlıq Qarabağın Xankəndi şəhərində hazırda təxminən 17 min mülki şəxs qalıb.

Bu iddia ilə şəhər “meri” David Sarkisyan çıxış edib.

O, “Sputnik Ermənistan”ın müxbirinə verdiyi müsahibədə uşaqların da şəhərdə qaldığını söyləyib.

“İndi şəhərdə əhalinin təxminən 30% -i var. Onlar bomba sığınacaqlarında yaşayırlar” deyib.

Sarkisyanın fikrincə, dinc dövrdə Xankəndidə 56 min insan yaşayıb. İndi onların əksəriyyəti Ermənistana köçüb.

Şəhərdə trafik məhdud olduğu üçün əhalini qida ilə təmin etmək “administrasiyanın” üzərinə düşür. Yaxınlaşan soyuq hava ilə əlaqədar şəhərdə qalan sakinlər Ermənistana evakuasiya ediləcək.

Haşiyə: Təbii ki, bu informasiyanı yoxlamaq imkanımız olmasa da deyə bilərik ki, yaxın günlərdə onların taleyi naməlum qalacaq, çünki Laçın dəhlizi bağlı olduğundan şəhər sakinlərinin hara üz tutacaqları bəlli deyil. Yeganə çıxış yolları Azərbaycan Ordusuna təslim olmaqdır.

MənbəAzerforum
Son xəbərlər
Digər xəbərlər