15 C
Baku
Monday, May 6, 2024

Xarabalıqdan çıxmış milyonçular: təsdiq olunub ki, kasıblar varlı olmayacaq

Kinoda göstərildiyi kimi kasıb əyalətlərdən çıxmış insanların öz səyləri ilə milyonlar qazanmasının heç də reallığı əks etdirmir – bunu sübut etmək lazım idi.

Amerikalıların iqtisadi mobilliyi sahəsində tədqiqat aparan Pew Charitable Trust sübut etmişdir ki, hədsiz yoxsul şəraitdə yaşamış insanların yalnız 4%-i dünyanın güclüləri siyahısına daxil olmağı bacarıb.

EconomyWatch MSNBC-in yazdığına görə, alimlər amerikalıların iki nəsil nümayəndələrinin gəlirlərinin səviyyəsini təhlil edərək belə bir nəticəyə gəlmişlər ki, kasıb ailələrdə anadan olmuş tək-tək uşaq tapılar ki, yetkin yaşlarında zəngin insanlar sırasına qoşulsun. Bununla yanaşı, çox nadir hallarda milyonçu uşaqlarının da kasıblığa yuvarlandığını müşahidə etmək olar – bu yalnız 8% təşkil edir.

Tədqiqat nəticəsində həm də aydın olmuşdur ki, müasir ailələrin əksəriyyəti cari məzənnə ilə inflyasiya da nəzərə alınmaqla öz valideynlərindən daha çox qazanırlar. Lakin bu onlara sosial pilləkənlərdə daha da yüksəyə qalxmağa imkan vermir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər