10 C
Baku
Wednesday, December 11, 2024

Xaricdə təhsil almış daha bir şəxsə Dövlət Vergi Xidmətində vəzifə verildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin yeni müşaviri təyin edilib.

Banker.az xəbər verir ki, Fərid İsayev DVX-nin rəisi müşaviri vəzifəsinə təyin olunub.

F.İsayev 1986-cı ildə anadan olub. Böyük Britaniyanın Kinqston Universitetində (Kingston University) və Qərbi Kaspi Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavriat təhsili alıb.

“KPMG Azerbaijan Limited” şirkətində Vergi və hüquq departamentinin rəhbəri vəzifəsində çalışır. Eyni zamanda, Alman-Azərbaycan Xarici Ticarət Palatasında İdarə heyətinin sədri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İctimai şuranın üzvü və “Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” üzrə İşçi qrupunun üzvüdür.

Son xəbərlər
Digər xəbərlər