2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi $844 milyon məbləğində qiymətləndirilmişdir.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankının tədiyyə balansına dair açıqlamasına istinadən xəbər verir. Söhbət 2021-ci ilin birinci yarısından gedir.
Daxilolmalar $531.2 milyon, ödənişlər isə 312.8 milyon təşkil etmişdir.
Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 92.5%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 6.2%-i ölkəyə gətirilən humanitar və yardım mallarının həcmi, 1.3%-i isə digər daxilolmalar təşkil edir.
Ölkəyə göndərilən pul baratlarının həcmi 32% artaraq 491.4 milyon, ölkədən çıxarılan pul baratlarının həcmi isə 15.8% artaraq 256.1 milyon olmuşdur. Nəticədə pul baratları üzrə 35.3 milyon müsbət saldo yaranmışdır.
Bütövlükdə, Azərbaycanda təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 218.4 milyon (1.5 dəfə artım) təşkil etmişdir.