27 C
Baku
Saturday, July 27, 2024

Xarici bazarlara xurma satışı bu il 2 dəfə artıb

2021-ci ilin yanvar ayında Azərbaycandan 16 milyon 676 min dollar dəyərində 22 min 495 ton xurma ixrac olunub.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar ayında Azərbaycandan 10 milyon 604 min ABŞ dolları məbləğində 13 min 437 ton xurma ixrac edilmişdi.

Beləliklə, bu il xurma ixracından gəlir 6 milyon 72 min dollar artıb. Miqdar baxımından isə 2 dəfəyə yaxın artıb.

Son xəbərlər
Digər xəbərlər