24 C
Baku
Thursday, April 18, 2024

Xarici işlər nazirinin müavini Kanadaya səfər edib

2022-ci ilin 13-17 iyun tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Kanadaya səfər edib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, səfər zamanı Xarici işlər nazirinin Parlament üzrə katibi Rob Olifant, xarici işlər nazirinin müavinləri Marta Morqan və Sandra Makardell, Kanadanın baş nazirinin xarici məsələlər üzrə müşaviri Den Kostello, ölkənin Xarici Xidmət İnstitutunun rəhbəri Lui Markott, Kanada Parlamentinin hər iki palatasının (Senatın və Nümayəndələr Palatasının) xarici əlaqələr komitələrinin sədrləri Piter Boem və Ali Ehsassi, Nümayəndələr Palatasında mühafizəkarlar partiyasının xarici məsələlər üzrə əlaqələndiricisi Maykl Çanq, Parlamentdə Kanada-Azərbaycan dostluq qrupunun rəhbəri Filip Lourenslə görüşlər keçirilib.

Görüşlərdə Azərbaycan-Kanada əlaqələrinin hazırkı durumu, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası münasibətlərin inkişafına dair məsələlər müzakirə edilib.

Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.

Nazir müavini postmünaqişə dövründə regionda yaranmış yeni siyasi reallıqlar, azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq işləri, ölkəmiz tərəfindən həyata keçirilən tədbirlər və irimiqyaslı layihələr haqqında qarşı tərəfə ətraflı məlumat verib, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərin əhəmiyyətinin artdığı diqqətə çatdırıb.

Nümayəndə heyəti, həmçinin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil olunmuş tədbirdə iştirak edib, Kanadada yaşayan soydaşlarımızla bir sıra görüşlər keçirib.

 

 

 

Son xəbərlər
Digər xəbərlər