Dövlət Statistika Komitəsi bildirib ki, avqust ayında Azərbaycanda qida yağlıarı 1% ətrafında, bəzilərində daha çox bahalaşıb.
Banker.az statistik göstəricilərə istinadən xəbər verir ki, avqust ayında kərə yağının qiyməti 0.6% bahalaşıb. Bu da orta ölçüdə xaricdən ölkəyə gətirlən kərə yağlarının bir kiloqramının son ayda 19.78 manatdan 19.92 manata çatması deməkdir. Bu ölkə tarixindən indiyə qədər qeydə alınan ən yüksək qiymətdir.
Yerli istehsal olan kərə yağlarının qiyməti isə son ayda 18.47 manat/kq-dan 18.53 manat/kq-ya yüksəlib.
Kərə yağı | Süfrə marqarini | |||||
orta | yerli | idxal | orta | yerli | idxal | |
1kq | 1kq | |||||
Yanvar | 18.20 | 17.88 | 18.53 | 4.69 | 4.54 | 4.84 |
Fevral | 18.42 | 18.12 | 18.74 | 4.74 | 4.59 | 4.86 |
Mart | 18.58 | 18.23 | 18.93 | 4.80 | 4.66 | 4.88 |
Aprel | 18.68 | 18.30 | 19.04 | 5.07 | 4.93 | 5.10 |
May | 18.94 | 18.38 | 19.38 | 5.22 | 5.08 | 5.26 |
İyun | 19.12 | 18.42 | 19.62 | 5.28 | 5.14 | 5.32 |
İyul | 19.24 | 18.47 | 19.78 | 5.34 | 5.20 | 5.39 |
Avqust | 19.35 | 18.53 | 19.92 | 5.62 | 5.49 | 5.65 |
Qida yağlarının qiyməti dünya birjalarına müharibədən yaranan təchizat zəncirinin qırılması qorxusu və eləcə enerji qiymətlərindən dolayı yaranan xərclərlə bahalaşır. Bahalaşmanın içində əsasən duru yağlar dayanır. Maraqlı tərəfi isə yerli istehsal daha çox bahalaşır. Qarğıdalı yağı artıq Azərbaycanda xarici istehsal üzrə hər litri 1.7% bahalaşmaqla 7.28 manata, yerli istehsal 3% artımla 6.35 manata yüksəlib. Günəbaxan avqustda yağının xaricdən gətirlənləri 1.5% bahalaşmaqla 6.13 manat/l, yerli istehsal isə 2.8% bahalaşma ilə 5.46 manat/l olub.
Zeytun yağı | Günəbaxan yağı | |||||
orta | yerli | idxal | orta | yerli | idxal | |
1litr | 1 litr | |||||
Yanvar | 13.38 | 11.90 | 15.04 | 4.58 | 4.45 | 5.02 |
Fevral | 13.48 | 11.97 | 15.17 | 4.60 | 4.48 | 5.04 |
Mart | 13.57 | 12.02 | 15.28 | 4.63 | 4.51 | 5.07 |
Aprel | 13.79 | 12.36 | 15.45 | 4.91 | 4.86 | 5.34 |
May | 13.99 | 12.50 | 15.69 | 5.12 | 4.98 | 5.61 |
İyun | 14.14 | 12.59 | 15.88 | 5.31 | 5.07 | 5.87 |
İyul | 14.28 | 12.77 | 16.02 | 5.50 | 5.31 | 6.04 |
Avqust | 14.37 | 12.87 | 16.11 | 5.60 | 5.46 | 6.13 |
Yerli istehsal süfrə marqarini isə 5.4% bahalaşmaqla hər kiloqramı 5.49 manat olub.
Qarğıdalı yağı | |||
orta | yerli | idxal | |
1 litr | |||
Yanvar | 5.98 | 5.51 | 6.22 |
Fevral | 6.03 | 5.54 | 6.27 |
Mart | 6.07 | 5.59 | 6.32 |
Aprel | 6.36 | 5.97 | 6.55 |
May | 6.58 | 6.09 | 6.84 |
İyun | 6.72 | 6.12 | 7.02 |
İyul | 6.82 | 6.16 | 7.15 |
Avqust | 6.96 | 6.35 | 7.28 |