26 C
Baku
Saturday, April 20, 2024

Xarici vətəndaşlığı olanlar ölkəmizdə hesab aça bilərmi?

Ümumiyyətlə, cari hesab, pul vəsaitinizi saxlamaq, nağdsız ödənişlər etmək, həmçinin pul köçürmələr zamanı istifadə olunur.

Cari hesab müştəriyə aşağıdakı imkanları verir:

  • pul vəsaitlərinin saxlanılması;
  • nağd pul vəsaitlərinin hesaba mədaxil edilməsi və hesabdan çıxarılması;
  • istənilən məqsəd (o cümlədən, bütün növ mal və xidmətlərin dəyərinin ödənilməsi) üçün pul vəsaitlərinin köçürülməsi;
  • pul köçürmələrinin alınması və göndərilməsi;
  • istənilən valyutada konvertasiya əməliyyatlarının keçirilməsi;
  • əmanətlər üzrə faizlərin alınması;
  • ölkə qanunvericiliyində cari hesablar üçün nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi.

Cari hesabın açılması üçün bəzi banklarda hər hansı məbləğin tələb olunmasına baxmayaq, hesabın aparılması və bağlanılması əksər banklarda pulsuz həyata keçirilir.

Cari hesabı hansı valyu ilə açmaq mümkündür?

Cari hesab üzrə aça biləcəyiniz valyutaların siyahısı isə, banklarımızın təklif etdiyi deposit və ya kredit üzrə tətbiq olunan valyutalara nisbətən daha böyükdür.  Belə ki, cari hesabınızı AZN, USD, EUR, GBP, RUB,CAD, AUD, SEK və s. digər valyutalar ilə aça bilərsiniz.

Bəs xarici vətəndaş və yaxud xarici vətəndaşlığı olan həmyerlimiz Azərbaycan banklarında hesab aça bilərmi?

Bir çoxlarını maraqlandıran məsələdən bir də elə xarici vətəndaşın və yaxud xarici ölkədə vətəndaşlığı olan azərbaycanlı şəxslər ölkəmizdə cari hesab açmasının mümkün olub, olmamasıdır. Apardığımız araşdırmalar və məsələ ilə bağlı əlaqə saxladığımız banklar bu hesabın açılmasının mümkün olduğunu söyləyir.

Bəs bu hesabı açmaq üçün hansı banka müraciət etmək lazımdır?

Əgər siz xaricdə yaşayırsınız və Azərbaycan hesab açmaq istəyirsinizsə, bu zaman siz cari hesab açmaq istədiyiniz bankın həmin ölkədə yerləşən istənilən filial və ya şöbəsinə yaxınlaşmalısınız. Həmçinin əks hal da mümkündür. əgər həmin ölkənin Azərbaycanda filialı varsa siz həmin bank ilə də Azərbaycanda öz adınıza hesab açdıra bilərsiniz.

Bu zaman isə siz banka aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasport
  • Əgər xarici pasportda rəsmi qeydlər yoxdursa Azərbaycana giriş vizası
  • Müvəqqəti şəxsiyyət vəsiqəsi ( bu sənəd Azərbaycanda 30 gündən çox yaşayan xarici ölkə vətəndaşlarına aiddir)

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər