6 C
Baku
Sunday, December 15, 2024

Xersonda tezliklə döyüşlər başlaya bilər

“Yaxın zamanlarda Xersonda döyüşlər başlaya bilər”.

Bunu Rusiyanın ilhaq etdiyi Xerson vilayətinin müvəqqəti “rəhbəri”nin müavini Kirill Stremousov deyib.

“Xerson şəhərində döyüşlər istisna edilmir. Düşünürəm ki, döyüşlər yaxın yarım-iki həftə ərzində baş verə bilər. Ukraynanın əsas qüvvələri Nikolayev və Krivoy Roq istiqamətində toplanır”, – deyə Stremousov qeyd edib.

Onun sözlərinə görə, döyüşlər Dnepr çayının sol sahilində, yəni vilayətin sol sahil hissəsinin 15 kilometrlik zonasında da gedə bilər.

O bildirib ki, bu səbəbdən həmin hissədə də sakinlər təxliyə edilir.

Xatırladaq ki, Xerson vilayətində 70 minə yaxın sakin Dnepr çayının sağ sahilindən sol sahilinə köçürülüb. Vilayətə müvəqqəti olaraq “rəhbərlik” edən Vladimir Saldo oktyabrın 18-i bölgə sakinlərinin Dnepr çayının sol sahilinə köçürüləcəyini elan edib. Buna səbəb olaraq isə Ukrayna tərəfinin Kaxovka Su Elektrik Stansiyasına zərbə endirəcəyi təqdirdə daşqın təhlükəsinin olduğu göstərilib. Oktyabrın 28-i isə sakinlərin təxliyəsi başa çatıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər