ÇXR-in sədri Xi Jinping, dünyada heç bir gücün Çin millətinin inkişafını dayandıra bilməyəcəyini söyləyib.
Banker.az xəbər verir ki, Prezidentin sözlərinə görə, Çin inkişaf yolu ilə irəliləməyə və açıq siyasət tətbiq etməyə davam edəcək. Bununla yanaşı, o əlavə olaraq bildirib ki, ölkənin ordusu və hüquq mühafizə orqanları ÇXR-in suverenliyini, təhlükəsizliyini və maraqlarını qətiyyətlə qoruyacaq.
Daha əvvəl oktyabrın 1-də lider Hon Kong və Makao inzibati rayonlarında muxtariyyətin qorunacağına söz vermişdir.
Xatırladaq ki, iyunun 9-dan bəri Hon Kongda hökumət əleyhinə nümayişlər keçirilməyə başlayıb. Nümayişçilər ekstradisiya qanunun ləğv edilməsini tələb ediblər.
Sentyabrın 4-də Hong Kong administrasiyasının rəhbəri Carrie Lam qanun layihəsinin geri çağrıldığını elan etmişdir. Lakin etirazçılar bütün tələblərin yerinə yetirilməsini, o cümlədən 12 iyun mitinqləri zamanı polis hərəkətlərinin müstəqil araşdırılmasını və rayon rəhbərliyinin və qanunverici məclisin başçısı vəzifəsinə birbaşa ümumi seçkilərin keçirilməsini tələb edirlər.