Çin Xalq Respublikasının sədri Xi Jinping Quandun əyalətindəki hərbi bazaya səfəri zamanı əsgərləri müharibəyə hazırlaşmağa, o cümlədən mütləq sədaqət və etibarlılıq nümayiş etdirməyə çağırıb.
Banker.az bu barədə “Tass” agentliyinə istinadən xəbər verir.
“Bütün fikrimizi və gücümüzü döyüşə hazırlıq məsələsinə yönəltməliyik”, – sədr bildirir.
Xi Jinping əlavə olaraq qeyd edib ki, “dəniz qüvvələri suverenliyi, milli təhlükəsizliyi, ərazi bütövlüyünü və ölkənin maraqlarını qorumaq üçün çalışan elit dəstədir”. O həmçinin güclü ordu yaratmaq və onun döyüş qabiliyyətini yaxşılaşdırmaq üçün bütün səyləri aktivləşdirməyə çağırıb. Sədrin sözlərinə görə, dəniz qüvvələrinin hazırlığı ölkənin inkişafı və təhlükəsizlik strategiyasına uyğun olmalıdır.






