-1 C
Baku
Sunday, December 15, 2024

“Xiaomi” ABŞ hökumətini məhkəməyə verib

“Xiaomi” şirkəti Pentaqonun “qara siyahı”sına düşəndən sonra ABŞ hökumətini məhkəməyə verib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Qeyd edək ki, daha əvvəl Pentaqon amerikan investorlara “Xiaomi”nin qiymətli kağızlarını almağı qadağan edərək, onu “qara siyahı”dakı şirkətlərə əlavə etmişdir. ABŞ səlahiyyətlilərinin sözlərinə görə, “Xiaomi” Çin ordusu ilə iş birliyində şübhəli bilinir.

Şirkətin iddiası ABŞ-ın Kolumbiya məhkəməsində qaldırılıb. Müttəhimlər qismində ABŞ-ın Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi qeyd edilib. Bu barədə sənədə istinadən “Financial Times” yazıb.

Çinin texnologiya nəhəngi iddiada Pentaqonun “qara siyahı”sını konstitusiyaya zidd adlandırır və bu addımın şirkətə düzəlməz zərər verdiyinə vurğu edir.

“Xiaomi” heç bir şəkildə Çin hökuməti və ya ordusu ilə bağlı deyil. Eyni zamanda, şirkət Çinin hərbi-sənaye kompleksi ilə əlaqəli olan hər hansı bir hüququ şəxsin mülkiyyətində və ya nəzarəti altında yoxdur.

Xatırladaq ki, “Xiaomi” Pentaqon tərəfindən “qara siyahı”ya 2021-ci il yanvarın 14-də daxil edilib. Bu hadisədən bir gün sonra şirkətin səhmləri 10%-dən çox düşüb.

Çin şirkətlərinə sərmayə qoyuluşunu məhdudlaşdıran fərman ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən hələ 2020-ci ilin noyabrında imzalanıb. Yanvar ayında məhdudlaşdırıcı tədbirlər daha da sərtləşdirilib. Bundan əlavə, Tramp “WeChat Pay” və “AliPay” ödəmə sistemləri ilə əməliyyatları qadağan edən sənəd imzalayıb. “Alibaba”, “Tencent” və “Baidu” texnologiya nəhəngləri sanksiya siyahısına daxil edilməmişdir.

Son xəbərlər
Digər xəbərlər