10 C
Baku
Thursday, December 12, 2024

Xiaomi Mi Band 8 rəsmi olaraq təqdim edilib

“Xiaomi” rəsmi olaraq Mi Band 8 bilərziyini təqdim edib – indi bu, təkcə fitness qolbaq  deyil, həm də dəbli aksesuardır.  Belə ki, şirkət onu boyuna taxmağı təklif edir. Yenilik 1.62 düymlük AMOLED ekranı, Always-on Display rejimi, metal çərçivə və NFC funksiyasını alıb. Qeyd olunur ki, aksesuar iki modifikasiyada təqdim olunub: NFC-li və NFC-siz.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Mi Band 8 üçün qayışların bərkidilməsi üçün yeni sistem hazırlanmışdır – onlar bir neçə saniyə ərzində çıxarılır və quraşdırılır. Bu dəfə istifadəçilər üçün qayış seçimi daha müxtəlifdir – metal, dəri və ya parça.

002p2Zyzly1hd44vwcb6uj60u014077w02

Baza modelin qiyməti 249 yuan, NFC-li versiyanın qiyməti isə 299 yuan təşkil edir. “Xiaomi” həmçinin ağıllı bilərziyin işləmə müddətini də artırıb – Always-on Display rejimi aktiv olmadıqda cihaz 16 günədək işləyir.

Son xəbərlər
Digər xəbərlər