9 C
Baku
Friday, December 13, 2024

“Xiaomi” şirkətinin yaradıcısı yeni 5G smartfon barəsində danışdı

Xiaomi şirkətinin yaradıcısı və general direktoru Lei Jun jurnalistlərlə müsahibə zamanı şirkətin yaxın zamanda satışa çıxacaq yeni smartfon modeli barəsində danışıb. Müsahibə zamanı o qeyd edib ki, bu ilin əvvəlində şirkət Avropa bazarında öz ilk 5G smartfon modeli olan Mi Mix 3 5G-ni satışa çıxartmışdı. Onun sözlərinə əsasən 5G şəbəkə dəstəkli yeni smartfon modeli yaxın zamanda satışa çıxacaq.

Bu barədə IThome saytı xəbər verib. Lei Jun bildirib ki, şirkətin 5G şəbəkə dəstəkli ikinci smartfonu ilk növbədə Çin bazarı üçün nəzərdə tutulacaq. Smartfon yaxın zamanda satışa çıxsa da Lei Jun onun barəsində heç bir məlumat verməyib. O həmçinin qeyd edib ki, 5G texnologiyası şirkət üçün hal hazırda prioritetli texnologiyadır.

Bu texnologiyanın məhsullara inteqrasiyası isə öz növbəsində yeni alıcıların cəlb olunmasına yardımçı olur. Şirkət 5G texnologiyaların tədqiqatlarına hələ 3 il bundan öncə start vermişdi. Lei Jun qeyd edib ki, 5G texnologiyası hələ yenicə inteqrasiya olunur və onun tam işə salınması gələn ilin ikinci yarısında baş verəcək. Məlumata əsasən şirkətin ikinci 5G smartfonu ya Mi 9S ya da Mi 9 5G olacaq.

©technote.az

Son xəbərlər
Digər xəbərlər