6 C
Baku
Sunday, December 15, 2024

Xiaomi smartfonları Apple ilə Samsung şirkətlərinin sahib olduqları səviyyəyə yüksəlib

Counterpoint Researchşirkətinin verdiyi məlumata əsasən bu ilin birinci rübündə Xiaomi şirkəti öz tarixində əhəmiyyətli bir nailiyyəti əldə edib. Belə ki, onun smartfonlarının aktiv istifadəçi sayı 500 milyon insanı keçib. Bununla da Xiaomi dünya liderləri olan Apple ilə Samsung şirkətlərinin sahib olduqları eyni səviyyəyə yüksəlib. Son illərdə Xiaomi büdcəli smartfonların regional istehsalçısından premium smartfonlar bazarında ciddi mövqelərə sahib qlobal şirkətə çevrilib. Regional bazarlarda çox yaxşı tanınmasına baxmayaraq Xiaomi brendinin qlobal səviyyədə də tanınmasına COVID-19 pandemiyası vasitəçi oldu. Şirkət öz mövqelərini əsasən Hindistan bazarında gücləndirdi. Belə ki, bu ilin birinci rübünə əsasən Xiaomi Hindistanda ən böyük smartfon istehsalçısı statusunu qazanıb. Hindistan və Çindən başqa digər bazarlarda isə şirkət üçüncü yerdə qərarlaşır.

Şirkət gəlirlərinin əsas hissəsini internet servislər və ilk növbədə reklam təşkil edir. Belə ki, şirkətin 2021-ci ildə sözügedən sahələrdən ümumi gəliri 4.16 milyard dollar təşkil edib. Bununla belə digər regional bazarlardan fərqli olaraq Çin bazarında servislərdən əldə olunan gəlir daha yüksəkdir. Xiaomi-nin verdiyi məlumata əsasən internet servislərdən əldə olunan gəlirin 80%-i məhz Çin bazarının payına düşür. Xiaomi-nin Çindən kənarda servislər bazarında Googlekimi nəhənglər ilə rəqabət apara bilib-bilməyəcəyini söyləmək çətindir. Nəzəri cəhətdən böyük istifadəçi kütləsi sözügedən brendin gələcək inkişafına vasitəçi olmalıdır. Şirkət isə bunun hesabına öz smartfonlardakı trafikin monetizasiyası üzrə daha çox imkanlara sahibdir.

Rekord göstəricilər həmçinin ona digər seqmentə aid olan məhsulları daha effektiv satmağa şərait yaradırlar. Buna misal olaraq naqilsiz qulaqlıqları, smart saatları və IoT (Internet of Things) məhsulları gətirmək olar. Şirkət artıq indidən inkişaf etdirilmiş IoT ekosisteminə və həmin ekosistemə qoşulu olan məhsullara sahibdir. Həmin məhsullar arasında robot tozsoranlardan tutmuş naqilsiz qulaqlıqlara kimi olan məhsullar mövcuddur. Lakin şirkət öz məşhurluğundan maksimal dərəcədə istifadə edə bilmir. Məsələn Hindistanda böyük istehsalçı statusunu qazanmış Xiaomi həmin bazarda smart saatlar ilə qulaqlıqların satışları üzrə reytinqin heç ilk beşliyinə də daxil deyil. Heç istisna deyil ki, Hindistan kimi bazarlar üçün şirkət satış qiymətləri və məhsulların yenilənmələri də daxil olmaqla əsas strategiyasında dəyişikliklər etməli olacaq.

Son xəbərlər
Digər xəbərlər