12 C
Baku
Wednesday, April 24, 2024

“Xiaomi” smartfonlarında defekt aşkarlanıb

Yeni “Xiaomi” smartfonlarının istifadəçiləri qurğunun ekranında problemlərlə üzləşiblər. Bu barədə “GizmoChina” nəşri məlumat yayıb.

“Redmi Note 10” seriyalı qurğu sahiblərinin sözlərinə görə, problemlər qurğuların ekranlarının səhv işləməsi ilə bağlıdır. Belə ki, bir sıra hallarda ekran sensoru toxunuşa reaksiya vermir və ya onlara yubanma ilə cavab verir. Bundan başqa, bir sıra qurğu istifadəçilərində xüsusilə ekranın parlaqlıq səviyyəsi azaldılan zaman ağ ləkələr və titrəmə aşkarlanıb.

İstifadəçilərin şikayətlərinə “Xiaomi” şirkətinin Hindistan bölməsi reaksiya verib. Şirkət nümayəndələri qurğularda problemin mövcudluğu barədə xəbərdardır olduqlarını və onun həll olunması üzərində çalışdıqlarını bildiriblər. “Xiaomi” şirkətinin defekt telefon sahiblərinə pulsuz əvəzləmə və ya vəsaitin qaytarılmasını təklif edəcəyi ehtimal olunur. Qeyd olunub ki, şirkətin məhsulları yüksək keyfiyyət standartlarına uyğunluq üçün ciddi yoxlanışdan keçir.

“Xiaоmi” şirkətinin bəyanatına görə, defekt məhdud sayda qurğularda aşkarlanıb. Bununla yanaşı, korporasiya nümayəndələri defekt qurğu sahiblərindən üzr istəyiblər.

Yeni modellər – “Redmi Note 10” və “Note 10 Pro” müvafiq olaraq 6,34 və 6,67 düym diaqonallı “AMOLED” ekranla təchiz edilib.

Mənbəİctnews
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər