13 C
Baku
Tuesday, May 7, 2024

“Xiaomi” yeni 13T və 13T Pro flaqmanlarını təqdim edib – Qiymətlər

“Xiaomi” qlobal bazar üçün nəzərdə tutulmuş yeni 13T və 13T Pro flaqmanlarını təqdim edib. “Dünyanın ən qabaqcıl qadcetlərindən biri” adlandırılan bu cihazların premyerası Berlində xüsusi tədbirdə keçirilib. Qiymətlər müvafiq olaraq 649 və 799 avrodan başlayır.

Hər iki cihaz 6.7 düymlük “CrystalRes” displeyi,  “MediaTek” prosessoru (13T – Dimensity 8200 Ultra, 13T Pro – Dimensity 9200+), 8, 12 və 16 GB operativ yaddaş, 256, 512 və TB daxili yaddaş, o cümlədən 5 000 mAh tutumlu batareya ilə təchiz edilib. Yeniliklər üç rəngdə təqdim edilib: göy, yaşıl və qara.

xiaomi 13t

xiaomi 13t 1

blue ip68

İstehsalçının dediyinə görə, smartfonlar beşillik yeniləmə dəstəyi alıb. Bu, cihazların növbəti beş ildə Android əməliyyat sisteminin yeni versiyasını və bir illik təhlükəsizlik yeniləmələrini alacağını nəzərdə tutur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər