10 C
Baku
Thursday, December 12, 2024

“Xiaomi” yeni “Redmi 10 Prime” smartfonunu təqdim edib

Planlaşdırıldığı kimi, bu gün “Xiaomi” Hindistanda yeni “Redmi 10 Prime” smartfonunu təqdim edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Model FHD+, 6.5 düymlük LCD ekran, 8 MP ön kamera, 50 MP arxa kamera və 6500 mAh tutumlu akkumulyatorla təchiz edilib.

“Redmi 10 Prime” cihazının əsasın MediaTek Helio G88 prosessoru qoyulub. Eyni zamanda smartfona 4/6 GB operativ və 64/128 GB daxili yaddaş quraşdırılıb.

Bu smartfon əl izi, USB Type-C və qulaqlıq portunu dəstəkləyir. “Redmi 10 Prime” modelinin Hindistan bazarına 7 sentyabrda çıxması planlaşdırılır. Yeniliyin qiyməti 170 dollardan başlayır.

Son xəbərlər
Digər xəbərlər