26 C
Baku
Tuesday, April 30, 2024

“Xiaomi” yeni simsiz qulaqlıqlar və “ağıllı” saat təqdim edib – Qiymətlər

“Xiaomi” şirkəti yeni simsiz qulaqlıqlar – Buds 4 və ağıllı saat – Watch S2 təqdim edib. Məlumata görə, saat iki versiyada mövcuddur – 42 mm-lik korpus və 1.32 düymlük ekran, 46 mm-lik korpus və 1.43 düymlük ekran. Hər iki variantda korpus poladdan hazırlanıb, ekran isə sapfir şüşə ilə qorunub. Bildirilir ki, Buds 4-ün qiyməti 100 dollar təşkil edir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Xiaomi Watch S2 saatı NFC modulu və GPS ilə təchiz olunub. 305 mAh tutumlu batareya aksesuardan bir həftəyədək istifadə etməyə imkan verir. Saatın qiyməti Çində 143 dollar təşkil edir. Aksesuarların satışı dekabr ayında başlayır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər