2 C
Baku
Saturday, December 14, 2024

XİN: “Afrika bazarı Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin təsirini hiss edir”

“Coğrafi məsafəyə baxmayaraq, Afrika bazarı Rusiyanın Ukraynaya əsassız hərbi müdaxiləsinin təsirini hiss edir. Rusiya hərbi təcavüzü ilə təkcə Ukraynanı deyil, bütün dünyanı təhdid edir, ərzaq təhlükəsizliyinə təhlükə yaradır və qlobal ərzaq böhranına səbəb olur”.

Banker.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Afrika Günü ilə bağlı bəyanatında bildirilib.

“Hər yeni gün afrikalıları Ukraynadan gələn həyati əhəmiyyətli kənd təsərrüfatı məhsullarından: taxıl, günəbaxan yağı, qarğıdalı və digər mühüm Ukrayna ixracatından məhrum olurlar”.

XİN bəyan edib ki, Rusiya məqsədli şəkildə Ukraynanın kənd təsərrüfatı infrastrukturunu və texnikasını məhv edir, “Ukraynanın taxıl ehtiyatlarını talayır, Ukrayna limanlarında yükləri hərbi blokadaya alır və Qara dənizdə gəmi marşrutlarına imkan verməyərək beynəlxalq logistikanı pozur, bununla da davamlı olaraq terror aktları törədir. Bütün dünya Rusiyanın qanunsuz cəhdlərinin girovuna çevrilir”.

Ukrayna XİN bildirib ki, Afrika Ukraynadan fasiləsiz ərzaq ixracına imkan vermək, beynəlxalq hüquqa riayət etmək və hərbi blokadanı aradan qaldırmaq üçün Rusiyaya edilən digər çoxsaylı çağırışlara qətiyyətlə qoşulmalıdır.

“Biz beynəlxalq tərəfdaşlarımızla Rusiyanın təcavüzü nəticəsində yaranan qlobal ərzaq böhranı təhlükəsinin qarşısını almaq, o cümlədən qıtlığı aradan qaldırmaq və ərzaq qiymətlərinin artımının qarşısını almaq üçün birgə fəaliyyətimizi davam etdirəcəyik”, Ukrayna XİN bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər