25 C
Baku
Saturday, April 20, 2024

XİN başçısı: “Avstriya neytral statusunu qoruyacaq”

Aİ-nin üzvləri İsveç və Finlandiya Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda NATO-ya üzvlüyə müraciət etmək üçün onilliklər boyu davam edən xarici siyasət mövqelərini yenidən nəzərdən keçirsələr də, Avstriya neytral statusunu qoruyacaq.

Bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Almaniya radiosu “Deutschlandfunk”a deyib. “Bizim üçün vəziyyət bir az fərqlidir. Avstriyada neytrallığa ictimai dəstək güclüdür”, – o bildirib.

Təbii qazın 80 faizini Rusiyadan alan Avstriyanın XİN rəhbəri qeyd edib ki, onun ölkəsi Ukraynaya öldürücü silahlardansa daha çox humanitar yardım göstərməyə davam edəcək. “Biz geniş miqyasda kömək edirik, lakin döyüş sursatları ilə deyil və mən hesab edirəm ki, Ukraynaya yardım yalnız döyüş sursatı səviyyəsində ola bilməz”.

MənbəApa
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər