Xarici İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayev Asiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Protokol İdarəsinə hələlik təyinat olmayıb.
Ramil Rzayev 12 oktyabradək Protokol İdarəsinin rəisi vəzifəsini icra edəcək, 12 oktyabrdan etibarən isə o, Asiya İdarəsinin rəisi vəzifəsində çalışacaq.
Xarici İşlər Nazirliyindən faktı APA-ya təsdiq ediblər.