2 C
Baku
Saturday, December 14, 2024

Xorvatiya şirkəti Azərbaycanda potensial tərəfdaşlarla əməkdaşlıqda maraqlıdır

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

Banker.az xəbər verir ki, Xorvatiyanın “Slendor Tekstil d.o.o.” şirkəti Azərbaycanla əlaqələrin qurulması və potensial tərəfdaşın tapılmasında maraqlıdır. Şirkət yüksək keyfiyyətli əsasən hərbi, professional, işgüzar və xüsusi məqsədlər üçün geyimlərin istehsalçısıdır.

“Slendor Tekstil”, həmçinin müxtəlif növ “GORE-TEX” və “WINDSTOPPER” geyimlərini istehsal edə bilmək üçün “W.L.Gore & Associates GmbH”nin lisenziyalı partnyorudur.

Əməkdaşlıqda maraqlı olanlar AZPROMO-ya müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər