9 C
Baku
Thursday, December 12, 2024

Xorvatiyada yeganə pul vahidi avro oldu

Xorvatiyanın avrozonaya daxil olması prosesi çərçivəsində ölkə ərazisində istifadə edilən yeganə pul vahidi kimi avro qəbul olunub.

Bu vaxta qədər həm avro, həm də milli pul vahidi olan kuna tədavüldə idi.

Bu gündən sadəcə avronun işlənməsi mümkün olacaq. Bu, 1 yanvar tarixindən Xorvatiyanın avrozonaya daxil olması ilə bağlıdır. Rəsmi Zaqreb, həmçinin bu tarixdən Şengen ölkəsi hesab olunur.

Qeyd edək ki, Xorvatiya 2013-cü ildə Avropa İttifaqına üzv qəbul edilib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər