26 C
Baku
Saturday, July 27, 2024

Xoşbəxtliyin pulla ifadəsi

Avstraliyalı iqtisadiyyatçı xoşbəxtliyin neçəyə olduğunu hesablayıb

Avstraliyalı iqtisadiyyatçı Paul Frijters insanların həyatında baş verən və onlara sevinc və ya kədər hissi yaşadan başlıca hadisələrin dəyərini pul vahidləri ilə ifadə etməyə çalışmışdır. Məbləğ həm də sınağa məruz qalanın cinsindən asılıdır –o, belə hesab edir.

Frijters 2001-ci ildən bəri 10 min insanın ömrünü araşdırıb. Respondentlər həmişə həyatdan məmnunluq dərəcələrini 8 ballıq şkala üzrə qiymətləndiriblər. Nəticələrin pul ekvivalentləri ilə tutuşdurulması isə insanları şoka salmağa qadirdir. Çünki bu mənəviyyata zidd səslənir.

Məsələn belə məlum olub ki, emosional planda boşanma kişilər üçün təxminən 61,5 min funt sterlinq itirməyə bərabərdir. Amma qadınlar eyni hadisəni cəmi 5 min funt itirmək kimi qiymətləndirir… yaxın bir adamın və ya övladın həyatdan köçməsi qadınlar üçüm 73 min, kişilərdə isə 350 min funt sterlinqin itirilməsinə bərabərdir.

Yeni övladın dünyaya gəlməsindən yaşanan sevinc kişilərdə 18,2 min funt sterlinqə, qadınlarda isə 4,9 mində bərabərdir. Ailə həyatı qurmaq qadınlara 8,7 min funt sterlinq, kişilərdə isə 17,7 min funt sterlinqə bərabər sevinc hissi doğurur. Əgər yeni evə köməyi qadınlar 1,45 min funt sterlinq gəlir kimi qiymətləndirirsə, kişilərdə bu hadisə 8,95 min funt sterlinqin itirilməsi assosiasiyası doğurur – The Daily Telegraph agentliyi bildirir.

Son xəbərlər
Digər xəbərlər