Xoşbəxt həyat üçün sadə təlimat
- Əyləncəyə pul sərf etməkdən çəkinmə.
- Xoşuna gələn cəhətləri söyləməkdən çəkinmə.
- Bu günlə yaşa, çünki dünən artıq yoxdur, sabah isə olmaya da bilər.
- Başa düşülən olmaq istəyirsənsə – İzah et!
- Günahkarsansa – bunu birbaşa söylə və bəhanələr axtarma.
- Daim yadda saxla ki, hər kəsin özünün “doğrusu” var və o hər zaman sənin doğru bildiyinlə üst-üstə düşə bilməz.
- Axmaqlarla ünsiyyətdən çəkin.
- Həyatda mühüm olan yeganə şey sevgidir, digər yerdə qalanlar puçdur.
- İnsanın problemləri yalnız onun beynində mövcuddur.
- Ətrafdakı dünya nə zalım, nə də mehribandır. Sənin mövcudluğun onun üçün əhəmiyyət daşımır.
- Baş verən hər bir hadisənin müsbət cəhətlərini görməyə və ondan zövq almağa çalış.
- Hər zaman yadda saxla ki, ikinci həyatın olmayacaq.
- Yadda saxla ki, heç kimə heç nə borclu deyilsən.
- Siyasətlə məşğul olma. Siyasət insanları qəddarlaşdırır.
- Həyatda daim yalnızca özünə etibar et.
- Vədlərə deyil, hiss etdiyinə inan.
- Yadda saxla ki, bu gün – həyatının ən yaxşı günüdür.