Prezident İlham Əliyev Xoşbəxt Yusifzadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Banker.az xəbər verir ki, Xoşbəxt Bağı oğlu Yusifzadə Azərbaycan neft sənayesinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirmiş və M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. İnstitutu 1952-ci ildə «Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı» üzrə bitirərək «dağ mühəndisi-geoloq» ixtisasına yiyələnmişdir.