10 C
Baku
Bazar, Dekabr 5, 2021

Yəmən höküməti ölkədə maliyyə əməliyyatlarını dayandırdı

Yəmən hökümətinə bağlı “SABA” agentliyinin verdiyi məlumata görə, Yəmənin baş naziri Muin Abdulməlik Yəmən Mərkəzi Bankının rəsmiləri ilə görüşüb.

Banker.az xəbər verir ki. iclasda maliyyə şəbəkəsi vasitəsilə edilən köçürmələrin dayandırılması, həyata keçirilmə üçün sahə araşdırmasının aparılması və vəziyyətin davamlı olaraq izlənməsi qərarı alınıb.

Hökumət iclas çərçivəsində Mərkəzi Bankın valyuta mübadiləsini tənzimləyən qanuna və bankın təlimatlarına uyğun olmayan bəzi valyutadəyişmə məntəqələrinin lisenziyalarının ləğv edilməsi ilə bağlı tədbirlərini dəstəklədiyini də vurğulayıb.

Baş nazir Abdulməlik iclasda, həmçinin müvafiq nazirlik və orqanlara valyuta qaçaqmalçılığının qarşısını almaq üçün limanlarda prosedurların sərtləşdirilməsini, bu mövzuda rəsmi qərarların alınmasını və ölkə xaricinə pul transferinin məhdudlaşdırılmasını tapşırıb.

 

Son xəbərlər
Oxşar xəbərlər
X