Depressiyada olan insanlar özlərinə qarşı daha dürüstdürlər, nəinki ruhi sağlam insanlar, amma özünə gəldikdən və sağaldıqdan sonra onlar daha çox yalan danışmağa başlayırlar.
Yalan danışmaq xüsusiyyəti təkcə insana deyil, həm də bəzi insanabənzər primatlara məxsus xüsusiyyətdir, məsələn şimpanze və qorilla.
Orta statistik insan 44% halda ona yalan deyildiyini anlayır.
Qadınların 68%-i öz çəkisi barədə yalan deyir.
- Hər bir insan 60 il ərzində orta hesabla 88 min dəfə yalan danışır.
- İlk görüşdə kişilər qadınlara nisbətən daha çox yalan deyir. Demək olar ki, onların dörddə biri özünün real ailə vəziyyətini, evli və uşaqlı olmasını gizlədir, kişilərin 24%-i isə öz gəlirlərinin miqdarını şişirdir.
- Kişilər qadınlarla müqayisədə daha çox yalan danışırlar. Orta statistika kimi gün ərzində 5 dəfə, orta statistik qadın isə gün ərzində 3 dəfə yalan danışır.
- 61% qadın hesab edir ki, əgər kişilər xanımların zahiri görünüşü ilə bağlı yalan danışırsa, bu normaldır.
- Kişilərin 26, qadınların isə 99%-i hesab edir ki, əgər onların tərəf müqabili intim həyata maraq göstərmirsə, onda xəyanətə haqq qazandırmaq olar.
- 81% insan hər gün “ziyansız yalandan” istifadə edir.
- Ən geniş yayılmış yalanlar məhz bu ifadələrdir: «Məndə hər şey qaydasındadır (və ya bizim dillə desək, “yaxşıyam”)». Üçüncü yerdə isə daha bir məşhur və həm də çeynənmiş ifadə gəlir. «Mən səni sevirəm». Bəs, bilmək istəyirsiniz ikinci yerin sahibi hansı frazadır? «Xeyr, sən heç də kök deyilsən».
- İnsanların 65%-i düşünür ki, bəzən insanların xətrinə dəyməmək, ürəyini qırmamaq üçün yalan danışmaq yol veriləndir.
- 44% insan düşünür ki, hadisəni daha maraqlı şəkildə nəql etmək üçün bəzi olanları, faktları şişirtmək olar.
- Yalan detektorunun ilk prototipi hələ 19-cu əsrin sonlarında hazırlanıb və hidrosfiqmometr adlanırdı. Maraqlıdır ki, yalan detektoru hələ də yüz faizlik nəticə vermir. Bundan əlavə onu aldatmağa icazə verən bir sıra metodikalar mövcuddur.
- Əsas əlaməti insanın dayanmadan yalan danışması ilə müşahidə olunan xəstəlik, Münxqauzen sindromu adlanır.