Yandex Buludda yenilik var: şirkət kompyuter görməsi texnologiyaları ilə işləyən Yandex Vision servisini buraxdı. Servis mətni oxuya bilir(40 dil), üzləri şəkillərdə aşkar edə bilir(identifikasiyasız) və istifadəçi kontentini sinifləşdirə bilir.
Sinifləşdirmə üçün iki model var. Biri şəkilləri ölçülərindən asılı olaraq qruplara bölür, digəri isə moderasiya üçündür. Misal üçün onunla şəkillərə watermark yapışdırmaq olar.
Proqramçıların dediyinə görə Yandex Vision ilə REST APU və ya gRPC APİ üzərindən işləmək olar.
Şirkət hələki yalnız mətnin tanınmasının qiymətini deyib, çünki üz aşkar olunması və sinifləşdirmə funksiyaları hələ ki preview mərhələsindədir. Ay ərzində 1000 uğurlu analizin qiyməti 120 rubl edir.
©Technote